Biz meymundan gəlmişik, bəs sən? Tərəfini seç.
Oxuduğum ixtisasın işi tam o filmlərdəki baş rol qəhrəmanın əsas işinə başlamadan əvvəl bezdiyi işdi,.
Narkoqəhrəman deyir ki, o gün gij damarım tutdu iynəsini vurdum.
Söhbətin ortasında reski qayıtdı ki, yox e brat 0 da çox azdı axı
Gözləri bəlli deyil, xasiyyəti bəyaz.
Gecə saat 3.28 də mənə "Neyniyirsən?" sualını verirsənsə, qarşılığında alacağın hər cür cavaba hazırlıqlı da olmalısan.
Mənfi müsbət mənfi eliyir də qardaşım, online dərs olar a?
#nationalsuperheroeday diyə birşey var. Sonra da deyirsiz niyə amerika.
Nişanımda hədiyyə olaraq yaxasında adım soyadım və öz uydurduğum orta adımın baş hərfləri olan kletkalı pijama istiyirəm.
Dünyalı yox, Dünya insanı
Gələcəkdəki 42 illik həyatımı indiyə qədər yaşadığımı 2 dəfə izləməklə keçirmək istiyirəm, təşəkkürlər.
Psychologists are just people who weren't smart enough to be psychics.
Alçanı sol əlnən yeyərlər.
Bugün yuxudan durdum, yenə tənbələm. Gözdüyürəm diş pəriləri gələndə bunu da aparsınlar.
Əlaqə: Dumanla
Bayaq bir effektnən tanış oldum
Qarşıdakı gün aşırı həyəcanlıdırsa yata bilmirəm.
Niyə eləmədiyim şeyləri niyə eləmədiyim eliyəndən sonra yadıma düşür.
Həyat bir gündü, amma o gün bu gün deyil.
Günəşi sevirəm, avtobuslarda günəş tərəfdə otururam. Günorta ən isti vaxtda gəzməyi sevirəm. Ən sevdiyim tanrı da Ra'dı. Gəbərin istidən, mən xoşbəxtəm.
Azərbaycanlı olmaq Word'də adıvın altından qırmızı xətt çəkilməsidimi?
Varlı insanları sevmirəm, bir gün varlı olsam siz də məni sevmiyin. Pul.
İnsanlar öldükcə yaşamaq çətinləşir.
"Kaş ki" deyəcəyim insanlar var
Ayaqlarımı sadəcə nəqliyyat vasitəsi kimi istifadə edirəm
Pəncərəvi aç, şəhərin havası dəyişsin.
Lampa işığı başımı ağrıdır.
Çilingəri çağırın, camaat xoşbəxtliyin açarını itirib.
Bəzi insanlara baxanda ucuz şərab dadı gəlir.
Azərbaycan dili dünyanın ən gözəl dilidi, amma azərbaycanlılar bu dili ən gözəl danışanlar deyil.
Nəbilim məni tanımır? Mən 5 fərqli ssenari yaşamışam beynimdə.
Dünyanın ən yaxşı öskürəni də mənəm.
Ruh deyiləm, amma bizim də bir ağırlığımız var.
Estetika doğuşdan gəlir, əməliyyatla çətin.
Avtobusmu gedir yoxsa 4 təkəri qoyub dünyanı tərsinəmi fırladırlar başım çıxmır.
Ağzıva beynin daha yaxın ola-ola danışanda ürəyindən istifadə eliyirsən.
Yüksəklərdə gözüm yoxdu, 1,60 zad olsa özüdü.
Tənbəlliyin birinci qanunu: Əgər bir şey sənə uzaqdırsa, deməli ona ehtiyacın yoxdu.
Yaşadıqlarımdan daha aydın yuxular görmüşəm.
Oyuncaqlardan insanların duyğularına nə ara keçdik?
Danışanda qarşınızdakı insanları əlləmiyin.
Mən yuxuya, gecəviz də hara istiyir ora.
Fahişədən çox fahiş var.
Arada dön arxandakı səhvlərivə bax.
Hər gününü son gününmüş kimi yaşa, bir gün haqlı çıxassan. (c)
Bir şeyləri vecimə olmağa səndən başlayımmı, gözəllik?
Hər gün yuxudan durduğuma görə yatağımdan üzr istəyirəm və gecəsində qayıtmaq üçün söz verirəm.
Beynimdə sənlə yaşamalı olduğum bir şey var ki, yuxuma girirsən də.
Əlindən gələn də xoş gəlib.
Deyir, bu maşının 500 $ dollar dəyərinin olması üçün içində 200 $-lıq fahişə olmalıdır. (c)
Mən çox danışan biri deyiləm, danışacaq çox şeyim var sadəcə.
Zamanda yolunu azmış zaman yolçusu kimiyəm. Gözümü bir açıram maydı, yay gəlir, bir açıram, noyabrdı yay gəlmir.
Yanımdakı adam, çox gözəldi deyə açdığım mahnını bəyənməsə, tək qalanda o mahnıdan üzr istiyirəm.
Pul problem deyil, uzağı ac qalarıq.
O kimdir ki, belində sehrli bir çantası var, nə istədiyivi yazırsan, gəlir bir ağacın altına qoyur çıxır gedir, üzünü də göstərmir? A) Şaxta baba B) Bariqa
Əli Xəyyam demiş: -9-cu sinif çox tezdi də ixtisas seçimi üçün, mənim 32 yaşım var bilmirəm hələ böyüyəndə nə olacam.
100 canım olsaydı, 99 dəfə intihar edərdim.
Polşada insanlar müəyyən yaşa çatandan sonra intihar edirlər, çünki eləyəcək başqa heçnə yoxdu.1
Biz bugünə öyrəşməmişkən, sabah günəşin doğması çox ədalətsiz deyilmi? Hanı bəs dünya bizimiydi?
"Gün doğmadan nələr doğar. "dakı nələr sənsən?5
O qədər bulanıqdı ki xatirələrim, həsrətindən yata bilmədiyim gecələrin sabahlarını belə sevirəm.
Nə qədər əyləncəli musiqi çevirsəm də, ildə bir dəfə ondan da bezib dəyişdiyim alarm səsinə oyandım. Necə bezmiyim? İnsan məsuliyyətlərinin oxuduğu mahnıya neçə dəfə qulaq asa bilər?
Qələmi alırsan əlivə, bir də görürsən ki, ucu qanayır. Öpsən də keçmir.
Təkamül deyəndə ki, kim deyib ki, biz meymundan daha yaxşıyıq?
Gəlin ildə bir gün seçək, o gün romantik olaq.
Insanların neçə yerə ayrıldığını düşünməkdənsə ortadan 2 yerəmi ayrısaq?
İnsanlara mücərrəd olaraq baxmağı burax day.
Uzun-uzun danışmağa ehtiyac yoxdu, ilk cümləvin nöqtəsini qoy özləri fikirləşsinlər.
Varlığımla fərqli deyiləm, etdiklərimləyəm.
Diplom alıb mühəndis olmaq yox, oxuyub yazar olmaq istəyirəm.
Üstündə düşündüyüm şeylərin altında qalıram.
Bəzən yuxuya gedəndə yolumu azıram.
Yenə dünən birinə "1 milyon dolların olsa neyniyərsən?" deyə soruşanda "Ev, maşın alıb, obyekt açaram" cavabını aldım. 3 dilək haqqında da eyni şeyləri deyirlər. Özü də fikirləşib deyirlər.
Qardaşım oğlu (7 yaşında) ilə aramızdaki dialoq? E: Neynəmək istəyirsən böyüyəndə? A: Heçnə. Ölmək. E: Niyə? A: 30 il işləməkdən yaxşıdı. E: Bilirsən öləndən sonra nə olur? A: Hə, cənnət, cəhənnəm. E: Haradan bilirsən cənnətə gedəcəksən? A: Tupoyam mən?
Bilirsiniz həkim, bəzən çox həyəcanlı oluram, amma bilmirəm çox yaxşıyam deyədimi yoxsa çox pisəm deyəmi.
Əsas şeylər gözlə görülmür. (C)
Yalnız olduğum zaman yanımda olanların yalnızkən yanında olmaq istəyim azalır. Kaş gözləntilərim az olardı, yalnız qalardım.
Özünü xilas edə bilməyənləri xilas edə bilmərəm.
Ortaq hobbilərimizdən biri problemləri davamlı vurğulamaqdır. Çözüm üçün ağ cəngavəri gözləyirik.
Yaşanmışlığı sözlərə tökməyə çalışmaq kimidir yaşamaq.
5 yaşımdakı mən gəlib dərdlərimin üstünə sıçsa da getsə.
Azərbaycanda 1-ci ayım: İş qurmaq lazımdı.
Zamanla keçəcək dediyimiz şeylərin üstündən uzun zaman keçib.
Unutduğum tweetlər yazdıqlarımdan daha gözəldi.
Yeriviz məlum bir dənə narahatam.
İnsanları vecinə almasaydın bunu onlara göstərmək üçün çabalamazdın.
Xanım, mən yazdığım kimi düşünə, düşündüyüm kimi yaza bilmirəm.
Mənim işimin gecəsi-gündüzü var.
Kim nə deyir desin, qulaq asaq.
Gələcək sevgilin haqqında xəyal quranda nəfəsini düşünürsənmi heç?
Boğazımda düyümlənən cümlələrimdə o qədər mükəmməlsənki, sifətlər utanır qarşına keçməyə.
Dediyinin doğru olması haqlı olduğun mənasına gəlmir.
Mənim gözümdəki sənin gözündən özümə baxanda çox axmaq görünürəm.
İlk görüşdə anlamağa inanırsanmı?
Gedin gilas zad yeyin də, camaatın haqqı nədi day.
Dağ dağa rast gəlməsə bağrı çatdıyar.
Bu düşüncəylə qabağa gedə bilmirəmsə dalımı çevirib, dala-dala gedib, qabağa getmiş olaram
<aside> <img src="/icons/color-palette_gray.svg" alt="/icons/color-palette_gray.svg" width="40px" /> Kim idi bəs söz verən Dünya dağılmadan ayrı nəfəs almamağa, İndi ciyərlərin bayram edər. Ürəyin necə rahatdırmı məndən ayrı qalmağa? Düşünmürsənmi heç, "Nəfəsimə yoluxan biri var" deyə? "Necə buraxıb gedərəm onu, mənsiz qala bilmədiyini bilə-bilə?" Nə edim uduzuram hər səfərində, Gözəl gül sən, bütün kədərinə ev sahibi olaram
</aside>